AZ

Azərbaycan İnnovasiya Mərkəzi AÇILDI

Bakıda ikinci, daha böyük İnnovasiya Mərkəzinin yaradılması da nəzərdə tutulub.

 

Sfera.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) açılış mərasimində bildirib.

 

"AİM sadəcə ofis deyil, böyük ekosistem oyunçusudur. Burada startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak edərək investorlarla görüş keçirmək, tərəfdaşlıq yaratmaq və layihələrini təqdim etmək imkanı əldə edəcəklər. Mərkəz həmçinin texnologiya icmalarını tədbirlərini keçirmək üçün uyğun bir məkanla təmin edəcək, bu da icmaların daha effektiv inkişafına, təcrübə, fikir və bilik paylaşımına şərait yaradacaq", - deyə o qeyd edib.

 

"Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlər üçün Mərkəz uyğun icarə şərtləri və digər üstünlüklər təklif edir. Bu, Mərkəzi təkcə yerli startaplar üçün deyil, həm də beynəlxalq şirkətlər üçün cəlbedici edir, Azərbaycanı yeni bazar olaraq qiymətləndirmək imkanı yaradır. İnnovasiya təbii ki, sadəcə Bakı ilə kifayətlənməməlidir", - deyə nazir müavini əlavə edib.

 

"Bölgələrdə də AİM-lərin açılması planlaşdırılır. Onlar yaxın perspektivdə Sumqayıt və Gəncədə təsis ediləcək. Əminəm ki, bu mərkəzlər regionlarda yaşayan innovativ təfəkkürlü vətəndaşlarımız və ümumilikdə innovasiya həvəskarlarının bir araya gələcəyi məkanlara çevriləcək. Bu Mərkəzin yaradılmasında əməyi keçən hər kəsə, xüsusilə də nazirlik yanında İnnovasiya və Rəqmsal İnkişaf Agentliyinin komandasına təşəkkür edirəm. Azərbaycanda innovasiya ekosisteminin inkişafı istiqamətində atılan bu addımlar və əldə edilən uğurlar dayanıqlı iqtisadi artım və qlobal müstəvidə rəqabət qabiliyyətimizin gücləndirilməsi üçün güclü zəmin yaradır", - deyə S.Məmmədov vurğulayıb.

Seçilən
1
4
sfera.az

4Mənbələr