AZ

Şərqşünas alim beynəlxalq jurnalda erməni vandalizmindən yazıb

Şərqşünas

Bakı, 2 oktyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Sübhan Talıblının “Erməni təcavüzü nəticəsində Azərbaycanın dağıdılmış tarixi və mədəni irsi” adlı məqaləsi Türkiyənin “Vakanüvis” tarix araşdırmaları beynəlxalq jurnalında ingilis dilində çap olunub.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Məqalədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın dağıdılmış tarixi, maddi-mənəvi abidələri araşdırılır. Eyni zamanda, Qarabağın tarixi, Qarabağ xanlığı, bölgənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi vəziyyəti, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış abidələrlə bağlı beynəlxalq və regional təşkilatların mövqeyi, Azərbaycan Respublikasının atdığı addımlar və digər məsələlər tədqiq edilib.

 

Seçilən
7
azertag.az

1Mənbələr