AZ

Ukrayna silah alışı xərclərini 65% artıracaq

Gələn il Ukraynanın silah və hərbi texnikanın alınmasına xərcləri 65 faiz, yəni 1,6 dəfədən çox artacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib  

Onun sözlərinə görə, xərclərin artımı demək olar ki, 300 milyard qrivna və ya yeddi milyard dollar təşkil edəcək.

Hökumət başçısı qeyd edib ki, ölkənin məqsədi ən müasir müdafiə-sənaye komplekslərindən birini qurmaq, o cümlədən Ukrayna silahlarının çeşidini artırmaqdır.

 

Gözəl Həşimova

Seçilən
2
1
iqtisadiyyat.az

2Mənbələr