AZ

Xalqın birliyi ideoloji təxribatlara qarşı etibarlı sipər rolunu oynayır

 

Əli Hüseynli

 

Milli Məclisin deputatı

 

Dünyanı təhdid edən hibrid müharibələr və yeni ideoloji mübarizə üsullarının geniş formada tətbiq edildiyi indiki şəraitdə ölkələr və xalqlar qarşısında duran mühüm vəzifələrdən biri ideoloji təhlükəsizliyin təmin edilməsi ilə bağldır. Azərbaycan da zaman-zaman ideoloji təxribatlarla üzləşib. İdeologiya istər müharibədə, istərsə sülh dövründə geosiyasi mübarizənin əsas komponentlərindən biri olub.

 

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən və Qarabağda keçirilmiş bir günlük antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin tam təmin edilməsi ilə bütövlükdə Cənubi Qafqaz bölgəsində yaranmış yeni geosiyasi reallıqlar fonunda bu nailiyyətləri gözü götürməyən bəzi beynəlxalq dairələr və Qərb ölkələri tərəfindən ölkəmizə qarşı ideoloji mübarizə daha da güclənmişdir. Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli tarixi nitqində diqqət yönəltdiyi əsas tezislərdən biri də məhz ölkəmizə qarşı davam edən ideoloji təxribatlara qarşı mübarizənin yeni çağırılara uyğun şəkildə formalaşdırılmasının vacibliyi ilə bağlıdır.

 

Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün saxta, yəni, “fake news” adlandırılan xəbərlər, əfsuslar olsun ki, geniş vüsət alır. İstənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Azərbaycan bu şər-böhtan kampaniyaları ilə daim üz-üzədir. Dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan prioritetləri açıqlayarkən bizə qarşı informasiya kampaniyasının aparıldığını diqqətə çatdırır və özü informasiya mübarizəsinin önündə gedərək daha bir Lider nümunəsini ortaya qoyu

Seçilən
12
xalq.az

1Mənbələr