AZ

Yaxın Şərqə hərbi müdaxilə olunsun - Danimarka baş nazirindən TƏKLİF

"Beynəlxalq ictimaiyyətin Yaxın Şərq münaqişəsinə hərbi müdaxiləsi regiondakı vəziyyətin həllinə kömək edərdi".

 

Modern.az xəbər verir ki, bu fikri Danimarkanın baş naziri Mette Frederiksen "Ritzau"ya deyib:

 

"Gördüklərimizin heç bir həll yolu görünmür, bunun davam etməsinə icazə verməyin mənası yoxdur". 

 

Danimarka hökumətinin başçısı bunun dəqiq necə həyata keçiriləcəyini dəqiqləşdirmədən Yaxın Şərqə “hərbi müdaxilə”nin mümkünlüyü ilə bağlı suala müsbət cavab verib.

 

“Beynəlxalq ictimaiyyət müəyyən razılaşmaların həyata keçirilməsində uğur qazanaraq digər münaqişələrə və digər müharibələrə müdaxilə edib”, - Frederiksen fikrini yekunlaşdırıb.

Seçilən
3
modern.az

1Mənbələr