AZ

İngiltərədə nəhəng kukla sakinləri qorxudub - FOTO

İngiltərənin Roçdeyl şəhərinin meydanında quraşdırılan qorxunc nəhəng körpə kukla yerli sakinləri qorxudub.

Herbiand.az bu barədə BBC-yə istinadən xəbər verir.

Lilli adlı kuklanın hündürlüyü 8 metrdən çoxdur. Kuklanın nəhəng əzaları hərəkət edir və ağzı böyük Pinokkio kimi açılıb-bağlanır. O, məktəbliləri ətraf mühitin əhəmiyyəti haqqında danışmağa təşviq edən yeni kampaniya çərçivəsində quraşdırılıb. Bildirilir ki, məktəblilər Lilli ilə heyvanlara və təbiətə qayğı göstərmək planları barədə “danışacaqlar”.

Uşaqlar görünür, oyuncaqdan qorxmurlar. Lakin şəhərin bəzi böyük sakinləri isə bundan məmnun deyillər.

“O, gözlərini bağlayanda sadəcə qorxunc olur, açanda isə daha betərdir”, - yoldan keçənlərdən biri BBC-yə bildirib.

Digəri isə Roçdeyldə əvvəllər belə bir şey görmədiyini vurğulayıb. Başqa bir şəhər sakini isə kuklanı indiyə qədər gördüyü ən çirkin körpə adlandırıb.

Lilli hətta Facebook istifadəçilərini də titrətməyə nail olub. Onlardan biri kuklanı “şeytan” kimi təsvir edib.

Bəxtiyar CƏFƏRLİ



Seçilən
16
herbiand.az

1Mənbələr