AZ

Azərbaycanın güləş üzrə U-17 və U-20 milliləri bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıb

Azərbaycanın güləş üzrə qadınlardan ibarət U-17 və U-20 milliləri 2024-cü ildə Avropa və dünya çempionatlarında 9 medal qazanıb.

Güləş Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az -a verilən məlumata görə, yeniyetmə və gənc qızlar bu mühüm yarışlarda ümumilikdə 1 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.

Qeyd edək ki, ötən il keçirilmiş analoji yarışlarda bu növdə cəmi 5 (2 gümüş, 3 bürünc) medal qazanılmışdı.

Seçilən
1
4
90deqiqe.az

5Mənbələr