AZ

“Bunları çəkib paylaşaq, qoy, biabır olsunlar”

Bəzisi yeni fəaliyyətə başladıqlarını deyərək özünə bəraət qazandırmaq istəyir, bəzisi isə yeni menyuların çapa verildiyini, qısa zamanda gələcəyini deyir…

Söhbət menyu olmadan fəaliyyət göstərən kafe və restoranlardan gedir.

Bəs bəzi kafe və restoranlar menyusuz işləməyə niyə cəhd göstərirlər? Bunun qarşısını necə almaq olar?

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimli bildirib ki, müştəriyə menyu təqdim etmək, yeməklərin siyahısını, habelə qiymətlərini əvvəlcədən bildirmək hər bir iaşə obyekti üçün konkret tələbdir:

“Bəzən restoranlar, hətta kiçik kafelər menyuya elə qiymətlər qoyurlar ki, bu qiymətlər absurddur. Təəssüflər olsun ki, bu məsələyə dövlət nəzarəti yoxdur. Nəzarət olmayanda da bu cür bədii özfəaliyyıətə gətirib çıxarır. Vəziyyət ifrat həddə qədər gəlib çıxır.

Hər bir kafedə, restoranda yerindən asılı olmayaraq, mütləq menyu olmalıdır. Sovet vaxtı hər səhər restoran rəhbərliyi tərəfindən təsdiq olunan kalkulyasiya olurdu. İstehlakçı hüquqlarının qorunması baxımından qiymətlərin əvvəlcədən bilinməsi vacibdir. Vətəndaş öncədən bilməlidir ki, yediklərinə nə qədər pul ödəyəcək.

Menyu olmayan kiçik kafelərdə vətəndaşlar bunu tələb etmir, ona görə də iaşə obyektləri yavaş-yavaş menyunu “sıradan çıxarır”.

Seçilən
7
4
publika.az

6Mənbələr