Fransa 2025-ci ildə dövlət xərclərinə qənaət və vergi artımı hesabına 60 milyard avro əlavə dəyər tməin etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, baş nazir Mişel Barnier genişlənən büdcə kəsirini bağlamaq, investorların ölkəyə inamını artırmaq üçün bu addımı atmağı planlaşdırır.

Hökumət rəsmiləri çərşənbə günü mətbuata verdikləri açıqlamada büdcə kəsirinin milli gəlirə nisbətini 6,1%-dən 5%-ə endirməyi hədəflədiklərini bildiriblər.