AZ

Voloqodskdan Azərbaycana daha 20 ton quru süd tədarük edilib

Rusiyanın Voloqodsk vilayətindən Azərbaycana ümumi çəkisi 20 ton təşkil edən növbəti quru süd partiyası ixrac edilib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, Xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana avtomobil yolu ilə göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.

Ümumilikdə, ilin əvvəlindən Voloqodskdan Azərbaycana 259 ton quru süd ixrac edilib. Bu məhsul kateqoriyası üzrə Özbəkistana 42 ton, Əlcəzairə isə 25 ton tədarük həyata keçirilib.

Seçilən
3
vergiler.az

1Mənbələr