AZ

Səudiyyə Ərəbistanı “sözə baxmayan” OPEC+ üzvlərini neftin qiymətini 50 dollara endirməklə hədələyir

Səudiyyə Ərəbistanı “sözə baxmayan” OPEC+ üzvlərini neftin qiymətini 50 dollar/barelə endirməklə hədələyir, bu barədə “The Wall Street Journal” yazıb.

Məqalədə deyilir ki, digər istehsalçılar bu bəyanatları digər ölkələr qrupun razılaşmalarına əməl etməkdən imtina edərsə, krallığın bazar payını qorumaq üçün qiymət müharibəsi başlatmağa hazır olduğuna dair təhdid kimi qəbul edib.

Qeyd edək ki, neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması səbəbindən bu gün 3.4%-dən çox bahalaşıb.

Keçən həftə Səudiyyə Ərəbistanının neft naziri Şahzadə Əbdüləziz bin Salman telefon danışığında istehsalçı həmkarlarına mümkün qiymət endirimləri barədə xəbərdarlıq etmişdi.

Ekspertlərin fikrincə, hökumət və tənzimləyicilərdən gələn müsbət siqnallar bazar qiymətləri üçün zəmin yaratmağa və fond bazarlarını stimullaşdırmağa kömək edəcək.

Bəyanat İranın İsrailə raket hücumundan əvvəl verilib və neftin qiymətinin artmasına səbəb olub.

Səudiyyə Ərəbistanı hakimiyyəti dekabrın 1-dən neft hasilatına qoyulan məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmaq planına sadiq qalmaq niyyətindədir, hətta bu, neft qiymətlərinin uzun müddət aşağı düşməsinə səbəb olsa belə.

Əvvəllər oktyabrın 1-dən hasilatın artırılmasına başlamaq planlaşdırılırdı, lakin bazarın əlverişsiz konyukturasına görə bu müddət iki ay təxirə salınıb.

OPEC-in məlumatına görə, avqustda OPEC+ ölkələri planlaşdırılan hasilat səviyyəsini 76 min barel üstələyib. 2024-cü ilin avqustunda Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, Küveyt, Əlcəzair və Oman İraq və Qazaxıstanla danışıqlar aparıb.

Hər iki ölkəyə 2024-cü ilin yanvar ayından etibarən artıq istehsalı kompensasiya etmək tövsiyə olunub.

İraq və Qazaxıstan avqustun 22-də OPEC katibliyinə təqdim etdikləri hasilatı tənzimləmək və təzminat cədvəllərini yerinə yetirmək üçün ikinci dərəcəli mənbələrlə işləmək öhdəliyi götürüblər.

Seçilən
9
banker.az

1Mənbələr