AZ

“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsi açıq elan olunub

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın və"Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən “BestManaged Companies Azerbaijan 2025” müsabiqəsi açıq elan olunub.

Təqdimat mərasimi çərçivəsində keçirilən rəsmi tədbirdətəşəbbüsün əhəmiyyəti və tərəfdaşların ortaq səyləri bir dahavurğulanıb.

Bu biznes müsabiqəsi, Azərbaycanın aparıcı özəl şirkətlərinitanıtmaq və mükəmməl idarəetmə təcrübələrini təşviq etmək məqsədidaşıyır. “Best Managed Companies” layihəsi, “Deloitte” şirkətininözəl şirkətlərə yönəlmiş xüsusi bölməsi olan “Deloitte Private”tərəfindən təqdim edilən qabaqcıl proqramlardan biridir. ProqramAzərbaycanda “Deloitte Private” və “PAŞA Bank”ın sponsorluğu iləhəyata keçirilir. Sahibkarlığın İnkişafı Fondu, ADA Universiteti,AMCHAM Azerbaijan və İctimai Televiziya isə tərəfdaşlar olaraqlayihədə iştirak edirlər.

“Deloitte Azərbaycan”ın İdarəedici Partnyoru Nuran Kərimov böyükməmnuniyyətlə qeyd edib ki, "Best Managed Companies" layihəsiAzərbaycanda dördüncü ilinə qədəm qoyur.

“Bizim əsas məqsədimiz Azərbaycanda sahibkarlığın inkişafınadəstək olmaqdır. Bu biznes yarışında iştirak edən özəl şirkətlərüçün bir çox imkanlar və üstünlüklər təqdim edilir. Layihəçərçivəsində “Deloitte” mütəxəssisləri iştirakçı şirkətlərinidarəetmə sistemlərini qiymətləndirir, onlarla beynəlxalq qabaqcıltəcrübələri bölüşür və faydalı məsləhətlər verirlər. Qalibləri isəAzərbaycanda peşəkarlığı ilə seçilən şəxslərdən ibarət müstəqilmünsiflər heyəti təyin edir. Biz ölkəmizdəki özəl şirkətləri bunüfuzlu müsabiqədə iştirak etməyə dəvət edirik,” deyə, Kərimovbildirib.

Öz növbəsində, “PAŞA Bank”ın İdarə heyətinin sədri Cavid Quliyevqeyd edib ki, müsabiqə Azərbaycanın iş dünyasında aparıcı idarəetmətəcrübələrinin tanıdılması və təşviq edilməsi baxımından mühüməhəmiyyət kəsb edir.

“Biz “PAŞA Bank” olaraq, bu proqramın Azərbaycanda biznesmühitinin inkişafına verdiyi töhfədən qürur duyuruq. İnanırıq ki,bu müsabiqə şirkətlərimizin beynəlxalq standartlara uyğun mükəmməlidarəetmə sistemləri qurmasına dəstək olacaq və Azərbaycaniqtisadiyyatının sağlam və dayanıqlı inkişafına töhfə verməyə davamedəcək,” deyə, Quliyev bildirib.

“Best Managed Companies” mükafat proqramı 1993-cü ildə Kanadadayaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ənnüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan vəKanadadan başqa, hal-hazırda bu layihə 46 ölkədə həyata keçirilir.Buraya Çin, ABŞ, cənub-şərqi Asiya, Hollandiya, Belçika, Almaniya,Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çiliaiddir.

Azərbaycanda 2021-ci ildən keçirilən bu müsabiqədə ümumilikdə40-a yaxın şirkət iştirak edib və 9 şirkət “Best Managed CompaniesAzerbaijan” titulu ilə təltif edilmişdir. Bu şirkətlər ArazSupermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, BridgeGroup of Companies, Embawood, NORM Sement, SƏBA, iki il ardıcılolaraq qalib olan Veysəloğlu Şirkətlər Qrupu və üç il ardıcılolaraq qalib olan METAK şirkətidir.

“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsində iştiraketmək üçün müraciətlər 3 oktyabr 2024-cü il tarixindən qəbuledilir. Müraciət üçün linkə keçid edin.

Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin.

Seçilən
1
4
az.trend.az

5Mənbələr