AZ

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 2-də Milli Məclisin İctimai birliklər və dini qurumlarkomitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclasıkeçirilib.

Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, iclası açan Milli Məclisin İctimai birliklər vədini qurumlar komitəsinin sədri Fazil Mustafa deputatları Yeddinciçağırış Milli Məclisin üzvü seçilmələri münasibətilə təbrik edib vəonlara uğurlar arzulayıb. O, iclasın gündəliyi barədə məlumatverərək gündəliyə İctimai birliklər və dini qurumlar komitəsinin2024-cü ilin payız sessiyası üçün iş planının daxil edildiyinibildirib.

Komitə sədri diqqətə çatdırıb ki, iş planına qanunvericiliktəşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcudqanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. FazilMustafa Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü iləbaşlamış aktual mövzularda dinləmələrin keçirilməsi ənənəsinin dədavam etdiriləcəyini diqqətə çatdırıb.

O, payız sessiyası dövründə Azərbaycanda fəaliyyət göstərənictimai birliklərin, siyasi partiyaların, dini abidələrin mövcuddurumu ilə bağlı dinləmələrin keçirilməsinin nəzərdə tutulduğunubildirib. Bundan başqa, komitə sədrinin və üzvlərinin müvafiqdövlət qurumları ilə əməkdaşlıq çərçivəsində bu qurumlarınnümayəndələri ilə bir sıra görüşləri də keçiriləcək.

İclasda çıxış edən komitə sədrinin müavini Sahib Alıyev, komitəüzvləri Ceyhun Məmmədov, Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova,Cavanşir Paşazadə, Azər Allahverənov, Elşad Musayev və Milli MəclisAparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilikşöbəsinin müdiri Seyid Hacı Mirhəşim komitənin iş planı barədəfikirlərini və qeydlərini səsləndiriblər, qeyd və təkliflərinibildiriblər.

Müzakirələrin sonunda İctimai birliklər və dini qurumlarkomitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiqedilib.

İclasda komitə üzvləri Mixail Zabelin, Günay Ağamalı, AnatoliyRafailov və digərləri də iştirak ediblər.

Milli
Milli
Milli
Milli
Seçilən
6
5
az.trend.az

7Mənbələr