AZ

İki ildən sonra ilk mesaj: Qərb liderləri Putinlə təmasları bərpa edir?

Berlin Almaniya Kansleri Olaf Şolzla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı üçün müraciət etməyib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Bundan əvvəl Almaniya mediası Berlinin noyabrda keçirilməsi planlaşdırılan G20 sammiti öncəsi Rusiya prezidenti ilə əlaqə saxlamaq niyyətində olduğunu iddia etmişdi.

Şolzla Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında olub. ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da sonuncu dəfə 2022-ci ildə Putinlə danışıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
9
teleqraf.com

1Mənbələr