AZ

Dəmir günbəz” şüşədən də kövrəkdir – Pezeşkian

“Sionistlərin “Dəmir günbəz”i şüşədən də kövrəkdir.

 

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu hökumətin iclasında İran prezidenti Məsud Pezeşkian bildirib.

O, İranın “Sadiq vəd 2” adlanan İsrailə hücumu ilə bağlı deyib

“Sübut etdik ki, millətimizin şərəf və qüruru ilə bağlı heç kimlə zarafat etmirik və əgər sionist rejim (İsrail – red.) səhv etmək istəsə, ona daha sarsıdıcı şəkildə cəza veriləcək. Sübut etdik ki, “Dəmir günbəz”i şüşədən də kövrəkdir”.

Pezeşkian əməliyyatı yüksək qiymətləndirib: “Biz müharibə həvəsində deyilik, lakin müharibədən qorxmuruq. Xalqımızın və ölkənin təhlükəsizliyini, nüfuzunu və ləyaqətini qorumaq üçün heç bir sərhəd tanımırıq”.

Seçilən
0
3
editor.az

4Mənbələr