AZ

Necə namaz qılaq? - ARAŞDIRMA

Namaz İslamın beş şərtindən biridir və günün müəyyən vaxtlarında edilən ibadətdir. Namaz ən yüksək ibadətdir. Hz. Adəmdən bəri hər bir dində namaz vaxtı olmuşdur. Hz. Muhəmməd (s) tərəfindən müsəlmanlara vacib edilmişdir. Namaz bütün ibadətləri özündə cəmləşdirən və insanları Allaha yaxınlaşdıran yaxşı əməldir.

Bəs, ilk dəfə namaza başlayanlar necə etməlidir? Bilməyərəkdən edilən yanlışlıqlar namazı batil edirmi?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Niyə namaza başlayım?

Namaz qılarkən, dəstəmaz alanda, oruc tutanda niyyət etdiyimiz kimi, namaza başlamaq üçün də niyyət və istək olmalıdır. Ən əsası İslamda vacib ibadət olan namaz möminlər olaraq artıq bizim borcumuzdur. Necə ki, fiziki həyatımızı davam etdirmək üçün yemək, içki və sığınacaq kimi əsas ehtiyaclarımızı qarşılamalıyıq. Mənəvi ehtiyaclarımız üçün dinimizin şərti olan namaz borcumuzu yerinə yetirməyə borcluyuq.

Üstəlik, namazı təkbaşına zərurət hesab etmək olmaz. Namaz dünya həyatımıza rifah gətirən bir əməldir. Məsələn, namaz qılmaq üçün dəstəmaz alanda insan təzələnir, təmizlənir. Namaz qılmayan hansı şəxs gündə 5 dəfə əl-ayağını yuya bilər? Namaz da Allahın nemətinə şükür edən, bizi Allahın cənnətinə və gözəlliyinə çatdıran bir ibadətdir. Namaz insanın Allahla görüşüb söhbət etdiyi andır.

Namaz qılmayan müsəlman palçığa düşmüş qızıl parçası kimidir. Palçıqda görünən qızıl parçasını necə götürüb silmək, cilalamaq və layiq olduğu yerə necə qoymaq olar?

1. Namaz qılmaq üçün namaz dəstəmazı və qüsl dəstəmazı almalıyıq.

- Namaz dəstəmazı necə alınır

- Qüsl dəstəmazı necə alınır

2. Namaz surələrini və dua dualarını öyrənin və əzbərləyin

- Namaz surələrini əzbərləyin

- Namaz dualarını əzbərləyin

3. Namazın əsaslarını öyrənin

- Namazın fərzləri

- Namaz şərtləri

- Namaz növləri

4. Beş rükət namazı öyrənin

-Rəkətlər

5. Təfərrüatlı və şəkillərlə dua etməyi öyrənin

- Kişilər üçün dua

- Qadınlar üçün dua

6. Beş vaxt namazı və cümə namazını öyrənmək vaxtıdır

- Səhər namazını qılmaq

- Günorta namazını qılmaq

- İkindi namazını qılmaq

- Axşam namazını qılmaq

- Gecə namazını qılmaq

- Cümə namazı qılınması

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: "Allaha ibadət vacibdir. Hər bir müsəlmanın boynunda haqdır ki, Allahına, Yaradanına ibadət etsin. Bu ibadətin də ən önəmlisi namazdır. Namaz dinimizdə vacib olan ilk əməllərdəndir. Həddi-büluğ olmuş insanlar mütləq özünü müsəlman bilirsə, namaz qılmalıdır. Bunun üçün dinimizdə boynunda haqq var və bunu mütləq etməlidir. Etmirsə təbii ki öyrənməli və bunun icrası üçün tələsməlidir. Yəni, namaz qılmırsa, insan sağlamdırsa, bütün imkanları varsa, oruc tutmasa, dinin vacibatlarını icra etməsə günah qazanmış olur. Əlbəttə indi bu mühit, şərait ki var, insanlar bir çox dini vaciblərdən xəbərsiz olublar, onları ailədə öyrədən yoxdur və yaxud bir məktəb, mədrəsə bu barədə keçməyib, bilmir, məlumatsızdır. İnsan bildisə mütləq bunları gərək icra etsin.

İlk öncə namazı bacardığı qədər öyrənirsə, çalışsın bilənlərdən öyrənsin, düzgün insanlara yönəlsin, yəni dini bilən, namazı, ibadətləri düzgün icra edən insanlardan bunun qayda-qanununu öyrənsin. Bu gün onlayn imkanlar var və bu imkanlardan istifadə edərək namazı öz şəriətinə uyğun öyrənə bilərlər. Sadəcə olaraq namazlarda cüzi fərqlər var. Məsələn, insan öz namazını bilmək üçün yəni, mühitində, şəraitində bilən adamlara yönəlir, ya məscidə gedir, məsciddəki insanlardan bunu sorğu-sual edir və ona başa salırlar ki, namazın vacib hökmləri bunlardır.

Birdən hardasa yanlışlığa yol verərsə, İnşallah günahı olmaz. Yəni bilə-bilə səhv etməsin. Bilməyərəkdən xırda səhvlər varsa, onları da bilən zaman çalışsın düzəltsin və tərk etsin. Çünki namaz peyğəmbərimizin qıldığı formada təbii ki sözlər ərəb sözləridir Quran ayələrindən istifadə edir. Bizim ləhcəyə və tələffüzə tam şəkildə uyğun gəlməsə də insan bacardığı qədər onu düzgün öyrənmək üçün səy etməlidir, çalışmalıdır. Bir də hardasa savadlı insandan eşidərsə bir kəlmədə ki, mən bunu düzgün deməmişəm, yerindəcə icra etməmişəm. İnşallah onun günahı olmaz. Amma ilk öncə namazı icra etmək üçün savadlı və bilən insandan onu öyrənsə daha gözəldir, onda yanlışlığa yol verməz. Allah ibadətlərimizi qəbul etsin. Bizi Allaha ibadət edənlərdən qərar versin İnşallah və hər bir insana duam odur ki, sağlığında namaz qılmağı nəsib etsin. Amin İnşallah".

İlahiyyatçı Mircəfər Əyyubov: "İlk dəfə namaza başlayan insanlara ilk tövsiyə budur ki, namazı dəqiq öyrənsinlər. Dəqiq dedikdə ərəblər kimi tam dəqiqliklə öyrənmək tələb olunmur, amma məsələ burasındadır ki, necə öyrəndilərsə, elə o cür də gedəcəklər. Ondan sonra yenidən gedib öyrənməyə adətən insanlar tənbəllik edir.

Namazın sözlərini dəqiq və qaydasında dəqiq öyrənsinlər. Bu birinci tövsiyədir. İkincisi, minimal vacibləri öyrənsinlər. Məsələn, namazın müəyyən hissələrində əlavə bəyənilən zikrlər vardırsa da onları da özlərinə yükləməsinlər. Onları sonralar öyrənərlər. Əsas namazın ən qısa, ən vacib formatını öyrənib o şəkildə namazı qılsınlar.

Namaza ilk başlayan insan nə qədər ki öyrənmək prosesini davam etdirir, onun etdiyi yanlışlar əfv olunur, bağışlanır. Amma bu o demək deyil ki, elə adını öyrənirəm qoyub, aylarla yanlış qılsınlar. Yox, bu da doğru deyil. Bir müddət bir vərəqdə üzündən oxuyaraq da qıla bilərlər. Sonralar vərdiş edəcək və sözlərin hamısını əzbərdən deyə biləcəklər. Allah bütün namaz qılanların namazını qəbul etsin".

Bilmədən səhv qılınan namaz qəbul olunurmu?

Səhv və ya unutqanlıqla səhv oxunubsa, səhv sözlərin əməllərində olarsa, məna dəyişikliyi olsa belə, namaz batil olmaz. Dayanmalarda səhvə yol verildikdə yəni, dayanacağı yerdən keçib, keçəcəyi yerdə dayansa, mənasında dəyişiklik olub-olmamasından asılı olmayaraq, namaz batil deyil.

Ayşən Vəli

Seçilən
14
sia.az

1Mənbələr