AZ

Ombudsman Prezident İlham Əliyevə təşəkkür edib

Yazını böyüt
Yazını kiçilt

Ombudsman Səbinə Əliyeva Prezident İlham Əliyevə təşəkkür edib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

"Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşının təməl hüquqları uzun illər ərzində kobud şəkildə pozulmuş bir ölkənin Ombudsmanı olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatçısı, keçmiş məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıtmalarına zəmin yaratmış, bununla da onların insan hüquqlarının təmininə nail olmuş ən böyük hüquq müdafiəçisi - Azərbaycan Prezidenti İlham Əliyevə Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətə görə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezidentin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr bu sahədə gələcək fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaq", - o qeyd edib.

Seçilən
7
11
hafta.az

10Mənbələr