AZ

"Qrip deyib keçməyin, vəziyyət ciddidir" - Həkimdən xəbərdarlıq

"Bu ştam çox yoluxucudur. Düzdür, öldürücü qabiliyyəti azdır, amma yoluxuculuq xüsusiyyəti daha yüksəkdir". 

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla XEC virusunun yayılmasından danışarkən deyib.

Professor bunun Omicron ştamının ailəsinə daxil olduğunu qeyd edib:

"Burada iki mutasiya variantının birləşməsindən söhbət gedir. Bu da qış aylarında baş verir, xüsusi ilə də respirator infeksiyaların,  adionavirusların, qripin və s. sürətlə yayıldığı vaxtda xeyli narahatçılıq doğurur. Ona görə də diqqətdə saxlanmalı və lazımı tədbirlər görülməlidir". 

Adil Qeybulla əlavə edib ki, koronavirus pandemiyası bitsə də, epidemik ocaqlar hələ davam edir:

"Vaksinasiya nəticəsində bu infeksiya zənciri qırıldı. Amma proses tam yekunlaşmayıb. Ona görə də hələlik müəyyən epizodlar davam edəcək. Dünya da buna hazır olmalıdır. Lazımı tədbirlər görülməlidir".
 


Adil Qeybulla hər kəsi özünü qorumağı tövsiyyə edib:

"Düşünürəm ki, koronavirus epidemiyalarını nəzərə alaraq qripə qarşı da insanların vaksin olunması məsləhət göürülür. Çünki yanaşı olaraq insanların immun sistemini həm stimullaşdırmaq, həm də qripə yoluxmamaq daha məqsədəuyğun olardı". 

Qeyd edək ki, dünyada koronavirusun XEC adı verilən yeni növü yayılır. Variant ilk dəfə bu ilin iyununda Almaniyada aşkar edilib və o vaxtdan Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra digər ölkələrdə qeydə alınıb. 

Bahar Rüstəmli
Seçilən
0
2
qaynarinfo.az

10Mənbələr