AZ

“Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük” – Mirzoyan


İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib.
“Heç kimə sirr deyil ki, sabitlik prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı və idarə olunmalıdır. Mən risklərin idarə edilməsini nəzərdə tuturam. Bu, sadə bir sual deyil” - deyə Mirzoyan Ermənistanın KTMT-dən çıxmaq ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.
Mirzoyan həmçinin xatırladıb ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil.
“Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük”, - deyə o, əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər törətdiyini bildirmişdi.
Seçilən
15
yeniavaz.com

1Mənbələr