AZ

Gələn il Polşa ordusunda ilk qadın general olacaq

Polşa Silahlı Qüvvələrində general rütbəsi olan ilk qadın 2025-ci ildə peyda olacaq. Bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Wirtualna Polska portalına müsahibəsində bildirib.

"Çox güman ki, yaxın aylarda olacaq. Növbəti Polşa Ordusu gününə qədər (15 avqust - red.) orduda bir qadın general görünəcək", - nazir jurnalistinin müvafiq sualını cavablandırarkənd eyib.

O qeyd edib ki, qadınlar üçün də ümumi vəzifələrə təyinatların olmasını istəyir: "Belə vəzifələrə təyin oluna bilən qadın zabitləri ümumi kurslara göndərmək istərdim", - deyə siyasətçi izah edib.

Onun sözlərinə görə, Polşa ordusunda getdikcə daha çox qadın xidmət edir. Onlar 20%-i Ərazi Müdafiə Qüvvələrindədir.

2024-cü ilin iyun ayına olan məlumata görə, Polşa ordusunda 198 min əsgər və zabit xidmət aparır.

Tural

Seçilən
9
news365.az

1Mənbələr