AZ

Hindistanda özəl helikopter qəzaya uğrayıb, ölənlər var

Hindistanın Mumbay şəhərindən uçan şəxsi helikopter ölkənin qərbində Pune şəhəri yaxınlığında qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Hindistan Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

"Heritage Aviation” şirkətinin Vt-EVV qeydiyyat nömrəsi olan “Agusta 109” helikopteri qəzaya uğrayıb. Hava gəmisində iki pilot və bir texnik olub. Sərnişinlər olmayıb", - İdarədən bildirilib.

Helikopterdəkilərin hamısı həlak olub.

Hadisənin başvermə şəraiti araşdırılır. İlkin məlumata görə, qəzaya qatı duman səbəb olub.

Seçilən
1
14
sam.az

10Mənbələr