AZ

"Elektrikdoldurma məntəqələri özəl şirkətlərin marağında deyil" - Ekspert

Azərbaycana elektromobillərin və hibrid avtomobillərin gətirilməsi geniş hal aldıqdan sonra ölkəmizdə elektrikdoldurma məntəqələri istifadəyə verilməyə başlandı. Amma bu məntəqələr yalnız dövlətə məxsus olduğu üçün sayları məhdud olaraq qalır və özəl şirkətlər bu məntəqələrin quraşdırılmasında maraqlı deyil.

 

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu ilk növbədə elektrik enerjisini qiyməti ilə bağlıdır:

 

“Elektrik məntəqələrinin özəl şirkətlər tərəfindən quraşdırılmamasının əsas səbəbi elektrik enerjisinin baha olmasıdır. Buna görə də özəl şirkətlər bu mövzuda maraqlı olmur”.

 

Ekspertin sözlərinə görə, yanacaqdoldurma məntəqələri ilə bağlı anlayış ölkəmizin özəl sektorunda inkişaf etmiş formada deyil:

 

“Özəl sektorun sistemi bəllidir, məhsulu topdan alır və satışını həyata keçirir. Özəl şirkətlər nefti alıb benzin hazırlaya bilmədiyi kimi elektrik məntələrinin hazırlanmasını da özbaşına həyata keçirə bilməz. Şirkətlər maksimum xaricdən bunun üçün avadanlıq, enerji doldurma cihazları gətirə bilər. Amma onları da istifadə müddəti, eləcə də düzgün şəkildə istifadə edilib edilməyəcəyi sual altındadır. Şirkət avadanlığı alandan sonra tez zamanda sıradan çıxa da bilər ki, bu da özəl şirkətlərin maraqlarına xidmət etmir”.

Seçilən
10
modern.az

1Mənbələr