AZ

Sədr: Dünyada tullantıların 50-70, eyni zamanda iş yerlərinin 70 faizi kiçik və orta biznesin payına düşür

Sədr:

Bakı, 2 oktyabr, AZƏRTAC

“Yaşıl inkişaf” sferası bizneslərimizin, xüsusilə kiçik və orta biznes sektorunun cəlb olunduğu sahədir. Son dövrlərə qədər ekoloji məsələlər daha çox böyük şirkətlərə yönləndirilirdi. Fərdi bizneslər bütün bizneslərin 90 faizindən çoxunu təşkil etməsinə baxmayaraq, kiçik miqyasda təmsil olunurdu.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Kiçik və orta müəssisələr üçün yaşıl bacarıqlar ekosisteminin yaradılması” mövzusunda panel sessiyada deyib.

Onun sözlərinə görə, qlobal tullantının 50-70 faizi məhz kiçik və orta biznes sektorunun payına düşür.

“Digər tərəfdən kiçik və orta biznes dünya üzrə iş yerlərinin 70 faizini təşkil edir. Bu onu göstərir ki, kiçik və orta bizneslər ətraf mühitin mühafizəsi məsələsinə ciddi təsir göstərdiyindən düzgün biznes praktikalarını istifadə etməlidirlər. “Yaşıl siyasət”in geniş sürətdə tətbiqi isə sürətli biznes sahəsində baş verir. Müşahidələr göstərir ki, kiçik və orta biznesin yaşıl transformasiya sahəsində üzləşdiyi problemlər universaldır. Bütün dünyada həmin problemlərə rast gəlinir və bunun öhdəsindən gəlmək üçün bütün müvafiq tərəfdaşların, mütərəqqi tərəflərin birgə çalışması tələb olunur”, - deyə Orxan Məmmədov qeyd edib.

KOBİA-nın qlobal təşəbbüsə start verdiyini bildirən agentliyin sədri fikirlərinə belə davam edib: “Bakı Koalisiyası Bəyannaməsində kiçik və orta bizneslərin yaşıl keçidi üçün əsas problematik sahələrə toxunulur, eləcə də “yaşıl tədqiqat” mərkəzləri ilə əlaqələrin qurulması qeyd edilir. Qlobal təcrübəyə əsalanaraq konkret addımlar nəzərdən keçirilir”.

Seçilən
5
azertag.az

1Mənbələr