AZ

Nəsimi polisi əməliyyat keçirdi, iki nəfər 7 kq narkotiklə yaxalandı...- FOTO

Image

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ümid Hacıyev və Niyaməddin Rəsulov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, saxlanılan şəxslərdən ümumilikdə 7 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Onlar narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədilə əldə ediblər.

Qeyd edək ki, Nəsimi rayonunda son günlər keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 29 fakt aşkarlanıb. Ümumilikdə 12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

ZÜMRÜD






Seçilən
1
18
baki-xeber.com

10Mənbələr