AZ

İspaniya nəhəngi "Mançester Yunayted"in sabiq forvardını transfer edir - 60 milyon ayrıldı

Hazırda "Olimpik Marsel"in heyətində Fransa çempionatında çıxış edən ingilis hücumçu Meyson Qrinvud İspaniya çempionatına keçə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Tribal Football" məlumat yayıb. 

Mənbənin məlumatına görə, “Barselona” hücumçunun xidmətində maraqlıdır. Kataloniya klubunun rəhbərliyi Qrinvud üçün 60 milyon avro ödəməyə hazırdır. 

Fransa çempionatının bu mövsümündə Qrinvud 6 oyun keçirib, 5 qol vurub. Meyson "Mançester Yunayted"dən "Olimpik Marsel"ə yay transfer pəncərəsində keçib. Onun transfer məbləği 26 milyon avro təşkil edib. Futbolçunun fransızlarla müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.

Mirağa

Seçilən
2
fanat.az

1Mənbələr