AZ

Dünya çempionatı: 2 bürünc şansı

Bakı. Trend:

Tacikistanın paytaxtı Düşənbədə gənc cüdoçular arasında dünyaçempionatına start verilib.

Trendİdman.biz-əistinadən xəbər verir ki, mundialın ilk günündə Azərbaycanmillisinin 6 idmançısı yarışa qoşulub.

Onlar 4 çəki dərəcəsində mübarizə aparırlar.

Dünya çempionatı
Oğlanlar
60 kq

Nizami İmranov yarışa qələbə ilə başlayıb. O, 1/16 finaldatürkmənistanlı Meken Ramazanovu məğlub edib. İmranov 1/8 finaldaPino Balbinlə (Kolumbiya) güləşib. O, bu dueldən də qalib ayrılıb.Nizami növbəti cəhdində Vladimir Ulyanovla (İJF) münasibətinəaydınlıq gətirib. Qarşılaşma təmsilçimizin xeyrinə bitib. İmranovyarımfinalda Yamako Fukuda (Yaponiya) ilə gücünü yoxlayıb. Rəqibfinala yüksəldiyindən həmyerlimiz bürünc medal uğrunda yarışacaq.Onun rəqibi qazaxıstanlı Talqat Orinbassar olacaq.

66 kq
Məhəmməd Musayev 1/16 finalda Simas Polikeviçusla (Litva)qarşılaşıb. Qəbələ qazanan cüdoçumuz ikinci sınağında Hyeonsu Yunu(Koreya Respublikası) da mübarizədən kənarlaşdırıb. O, 1/4 finaldayaponiyalı Kairi Kentokunu sınağa çəkib. Qarşılaşma rəqibinqələbəsi ilə yekunlaşdığından Musayev təsəlliverici görüşə qatılıb.Məhəmməd German Kobetsə (İJF) də uduzduğundan mundialı 7-ci sıradatamamlayıb.

İslam Rəhimovun ilk mərhələdə rəqibi Aik Martirosyan (Ukrayna)olub və rəqib qələbə qazanıb.

Qızlar
48 kq

Könül Əliyeva 1/16 finalda Viktoriya Sibilleni (Belçika) məğlubetsə də, ardınca Kristina Dudinaya (İJF) uduzub.

52 kq
İlk mərhələdə mübarizəyə başlayan Xədicə Qədəşova MayaNuritdinovanı (Türkmənistan) məğlub edib. O, 1/16 finalda KayratAyauylumla (Qazaxıstan) qarşılaşıb və bu görüşü də aktivinə yazıb.Təəssüf ki, Qədəşova 1/8 finalda Alissia Poulanqla (Fransa)bacarmayıb.

Aydan Vəliyeva startda bolqarıstanlı Denitsa Georgiyevadan güclüolub. O, daha sonra İlariya Fenestrona (İtaliya) da qalib gəlib.Vəliyeva 1/4 finalda İroha Olla (Yaponiya) qüvvəsini sınayıb vəməğlubiyyətə üzülüb. Aydanın çempionluq yolu bağlandığındantəsəlliverici görüşdə tacikistanlı Madina Qurbonzoda ilə üz-üzəgəlib. Vəliyeva qalib gəldiyindən bürünc medal uğrunda mübarizəaparacaq. Təmsilçimiz Mio Huhla (Koreya Respublikası)qarşılaşacaq.

Qeyd edək ki, ölkəmiz mundiala 13 cüdoçu ilə yollanıb.

Seçilən
6
az.trend.az

1Mənbələr