AZ

Rusiyada özbəklərə məxsus qədim xəzinə tapılıb

Yazını böyüt
Yazını kiçilt

Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun mətbuat xidməti qazıntı işləri zamanı Özbəkistan türklərinə məxsus xəzinənin tapıldığını açıqlayıb. İnstitutun 2024-cü il oktyabrın 1-də verdiyi açıqlamada Veliki Novqorodun Sofiya bölgəsində 10-cu əsrin son rübünə aid gümüş zinət əşyaları və sikkələrdən ibarət xəzinənin tapıldığı bildirilib.

Hafta.az-ın yazdığına görə, tikinti sahəsində qazıntıların 2024-cü ilin iyul-sentyabr ayları arasında aparıldığı bildirilən açıqlamada, Sofiyada Volxov çayı sahilində şəhərin tarixi rayonunda yerləşən xəzinənin təxminən 1800 tam və qismən gümüş sikkələr və 80-dən çox gümüş zinət əşyaları olduğunu bildirilib. Həmçinin qeyd olunub ki, xəzinədəki sikkələrin əksəriyyəti Türküstan və Yaxın Şərqdə zərb edilən dəmir pullardır. Dəmir sikkələrin Bağdad, İraq, İran, Türkiyə, Suriya və Əfqanıstanın digər yerlərində zərb edilən kufi dəmir sikkələrindən ibarət olduğu bildirilib.

Digər tərəfdən bəzi sikkələrin 974-975-ci illərə aid olduğu, bəzilərinin isə bəzəkdən ibarət olduğu qeyd edilib. Onların arasında Somani dirhəmlərinin əksəriyyətinin Özbəkistanın Əndərab, Bəlx, Buxara, Səmərqənd və Şoş şəhərlərində zərb edildiyi bildirilir.

Seçilən
10
hafta.az

1Mənbələr