AZ

Şumaxer 10 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Bir neçə gün əvvəl Mixael Şumaxerin qızı Cina-Mariyanın evləndiyi haqqında məlumat vermişdik. Toy Malyorkada Şumaxer ailəsinin villasında baş tutmuşdu. Alman tabloidlərinin yazdığına görə, qonaqlar arasında Mixael də olub.

Şumaxer 2013-cü ilin dekabrında Fransadakı Alp dağlarında ağır kəllə-beyin travması aldıqdan sonra bir dəfə də olsun görünməyib. Ailəsi onun şəxsi həyatını gizlədib. Yeddiqat dünya çempionunun səhhətinin əsl vəziyyəti barədə yalnız bir neçə nəfərin xəbəri var. Ancaq qızının toyunda Mixael 11 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Mərasimdə məxfiliyin təmin edilməsi üçün müəyyən tədbirlər görülüb. Villanın girişində Şumaxerin şəklinin çəkilməməsi üçün bütün qonaqlardan telefonlarını vermələri istənilib. Bununla belə, uzun illərdən sonra ilk dəfə Mixaelin təkcə yaxınları və həkimlər tərəfindən deyil, digər insanlar tərəfindən də görülməsi Korinna Şumaxerin ərinin məxfiliyini qorumağa yanaşmasını bir qədər yumşaltdığını göstərir.

Çox güman ki, yaxınlarda Mixael Şumaxer başqa bir ailə şənliyində görünəcək. Danimarkalı model Laila Hasanovic sosial şəbəkədə barmağındakı brilyant üzük fotosunu göstərərək uzun müddətdir sevgilisi, Formula 1 əfsanəsinin oğlu Mik Şumaxerin ona evlilik təklifi etdiyinə eyham vurub.

Seçilən
6
futbolinfo.az

1Mənbələr