AZ

Arteta “Arsenal”ın PSJ üzərində qələbəsini şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının PSJ ilə 2-ci tur ev oyununda qələbəni (2:0) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən oyunumuzdan tamamilə razıyam. Parlaq və fərdi güclü oyun nümayiş etdirən rəqiblə qarşılaşdıq. Top səndə olmayanda PSJ-yə qarşı duruş gətirmək çox çətindir.

Birinci hissədə çoxlu qol imkanları yaradaraq üstünlük saxladıq, amma ikinci hissədə hər şey azacıq fərqli getdi. Çox çalışıb-işləməli olduq, hətta gözlədiyimizdən də artıq. Çempionlar Liqasında tələblər daha yüksəkdir, amma əminəm ki, biz bu sınaqdan ləyaqətlə çıxa bildik”, deyə Arteta vurğulayıb.

2 turdan sonra “Arsenal” Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində 4 xalla 8-ci pillədə, PSJ isə 1 xalla 17-ci pillədə qərarlaşıb.

Seçilən
7
arena.az

1Mənbələr