AZ

42 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb

Cari ilin sentyabr ayında Gürcüstandan 42 nəfər xarici ölkə vətəndaşı çıxarılıb.

24News.ge xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, onlar Türkmənistan, İraq, Türkiyə, Hindistan, İran, Nigeriya, Azərbaycan, Belarus, Rusiya, İordaniya və Pakistan vətəndaşları olub.

Qeyd olunur ki, ölkədən çıxarılanlar arasında Gürcüstan ərazisində müxtəlif anti-ictimai fəaliyyətlərdə iştirak etmiş şəxslər də var.

Miqrasiya İdarəsindən bildirilib ki, saxlanılanların bəziləri Gürcüstanı könüllü tərk edib, digərləri isə məcburi şəkildə ölkədən çıxarılıb.
Seçilən
6
sherg.az

1Mənbələr