AZ

Rimas Kurtinaytis Litva millisində - SON DƏQİQƏ

“Sabah” basketbol komandasının litvalı çalışdırıcısı Rimas Kurtinaytis ölkəsinin yığmasına baş məşqçi təyin olunub.

Prosport.Az xəbər verir ki, 64 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. O, milli komanda ilə yanaşı, “Sabah”da da çalışacaq.

Bu ilin yanvarından Bakı təmsilçisinə rəhbərlik edən R. Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan millisi və “Qala”nın baş məşqçisi olub.

Rimas Kurtinaytis üç dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb.

Seçilən
1
4
prosport.az

5Mənbələr