AZ

İranın atdığı raketlərdən biri də bu ölkəyə düşüb: Yaralılar var

İranın İsrail istiqamətində atdığı raketlərin bəzi hissələri İordaniyaya düşüb.

Publika.az xəbər verir ki, bu barədə rabitə naziri və hökumət sözçüsü Məhəmməd əl-Momani bildirib.

“Bir sıra raketlərin hissələri İordaniyanın müxtəlif bölgələrinə düşüb. Ölən yoxdur, üç yaralı var. Hazırkı mərhələdə tibbi baxımdan onların xəsarətləri əhəmiyyətsiz kimi təsnif edilir”, - deyən nazir hadisə yerində dəymiş ziyanın olduğunu, lakin rəsmi qurumların hələ də dəymiş ziyanı qiymətləndirməyə hazır olmadığını qeyd edib.

İranın İsrailə raket hücumunu şərh edən Məhəmməd əl-Momaninin sözlərinə görə, İordaniya heç vaxt tərəflərdən heç biri üçün münaqişə meydanına çevrilməyəcək. O, hakimiyyətin əsas vəzifəsinin İordaniya və onun vətəndaşlarını qorumaq olduğunu vurğulayıb.

Seçilən
4
publika.az

1Mənbələr