AZ

Azərbaycan bərpa prosesində Ukraynaya kömək edə bilər

Azərbaycan

Azərbaycan müharibədən sonra yenidənqurma və bərpa işlərində Ukraynaya kömək edə bilər.

Bu barədə “APA-Economics”ə müsahibəsində Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib.

"Biz ümid edirik ki, xüsusilə müharibənin ilk aylarında bizə böyük humanitar dəstək verən və göstərməkdə davam edən Azərbaycan münaqişə başa çatdıqdan sonra Ukraynanın bərpasında da iştirak edəcək", - Gennadi Çijikov qeyd edib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Azərbaycanla əməkdaşlığın inkişafının bir neçə istiqamətinə ümid edir. Bunların sırasına yanacaq təchizatı və energetika, enerji avadanlıqlarının təchizatı və bu sahəyə aid olan digər məsələlər daxildir.

"Ukrayna enerji sistemini dəyişəcək, mərkəzləşdirilməmiş şəkildə qurulacaq. Böyük sərmayə “yaşıl enerji”yə yönəldiləcək. Bu, hər kəs üçün böyük bir fürsətdir", - Palata rəhbəri qeyd edib.

Seçilən
0
1
xalqcebhesi.az

2Mənbələr