AZ

Fələstin millisinin üzvü Azərbaycan klubuna keçməyəcək- - baş məşqçi açıqladı

Yayda "Neftçi"dən ayrılan Fələstin millisinin üzvü Ataa Caberin  "Araz-Naxçıvan"a keçəcəyi gözlənilirdi. Amma böyük ehtimalla bu keçid baş tutmayacaq.

Məsələ haqda Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına açıqlama verib. 

O, Caberin transferinin baş tutmamasının səbəbini söyləyib:

"Ataa Caber transfer siyahımızda idi. O, çempionatımızda çıxış etdiyindən oyununa bələd idik. Üstəlik, uyğunlaşma problemi yaşamayacağını düşünürdük. Buna görə də həmin transferdə maraqlı idik. Meneceri ilə danışığımız olmuşdu. Caber komandamıza keçmək üçün "okey" vermişdi. Hər şey qaydasında gedirdi, son anda keçid baş tutmadı. ok" demisdi. Hər şey qaydasında gedirdi. Son anda bu keçib baş tutmadı. Səbəbi nə idi? O, ailədaxili məsələləri qabartdı. Tam detallı şəkildə açıqlamasa da, ailəsi ilə əlaqədar gələ bilməyəcəyini söylədi". 

Premyer Liqa klubunun çalışdırıcısı fələstənlinin keçidinin alınmamasına rəğmən, həmin mövqeyə axtarışların davam etdiyini deyib: "Axtarışlarımız hər zaman davam edir. "Transfer pəncərəsi" bağlandığına görə, azad agent statusuna malik futbolçu tapmalıyıq. İndiki məqamda belə statuslu yaxşı futbolçu tapmaq çox çətindir. Futbolçular klublarla anlaşıb, çempionatlarda oynayırlar. Əgər qışa qədər azad agent statuslu futbolçu tapa bilməsək, "transfer pəncərəsi"nin açılmasını gözləyəcəyik. Mövsümün ilk matçında iştirak edən Karlos Jatoba zədələndi. Onun qışdan sonra komandaya qoşulacağı gözlənilir. Biz də onun yer aldığı mövqe üçün axtarışlarımızı davam etdiririk. Yəni yarimmudafiə xəttini gücləndirməyi düşünürük. Amma hələ ki, heç bir futbolçu ilə danışıq aparmırıq. Axtarışlar davam edir".

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
12
sportal.az

1Mənbələr