Qarabağ"ın müdafiəçisi Mateus Silva Avropa Liqasının əsas mərhələsinin 2-ci turunun sabah Bakıda "Malmö"yə qarşı keçirəcəyi oyunu buraxacaq.
"Operativ Media" xəbər verir ki, 26 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 8-ci turunun “Sabah”la matçında (3:2) zədələnib və 64-cü dəqiqədə əvəzlənib.
Braziliyalının İsveç klubu ilə görüşdə meydana çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, Ağdam təmsilçisində həmin cinahda oynayan digər futbolçusu Marko Vesoviç oynamayacaq. O da zədən sonra bərpa prosesini keçir.
Xatırladaq ki, "Qarabağ" - "Malmö" matçı sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və 20:45-də başlayacaq.