AZ

İtkin düşənlərin taleyini araşdıran təşkilatlar birgə fəaliyyət göstərməlidirlər -Zafer Tarıkdaroğlu

İtkin düşənlərin taleyini araşdıran təşkilatlar birgə fəaliyyət göstərməlidirlər.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zafer Tarıkdaroğlu itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın "Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi" mövzusunda keçirilən sessiyasında deyib.

Onun sözlərinə görə, bütün beynəlxalq platformalarda Türkiyə və Azərbaycanın eyni mövqedən çıxış etməsi çox qiymətlidir: "Bu dostluq əzəldən əbədiyyətə qədər gələcək nəsillərə gözəl bir örnək təşkil edir. Bu gün ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir".

Nazir müavini bildirib ki, itkin düşən şəxslərin taleyi onların ailələri və sevdikləri üçün dərin yaraların yaranmasına səbəb olur: "Bu məsələ sülhə zərər verən amillərdəndir. İtkin düşən şəxslərin taleyi ilə bağlı problemləri beynəlxalq səviyyədə daha çox müzakirə etməliyik. İtkin düşənlərin taleyi ilə bağlı əlaqədar təşkilatların birgə fəaliyyət göstərməsi vacib məsələdir”.

Seçilən
1
3
ikisahil.az

4Mənbələr