AZ

Hindistanda helikopter qəzası: Göyərtədə olanlar hamısı həyatını itirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanın qərbində, Puna şəhəri yaxınlığında Mumbaya gedən şəxsi helikopter qəzaya uğrayıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Hindistanın Mülki Aviasiya Baş İdarəsindən məlumat verilib.
"Heritage Aviation" şirkətinin VT-EVV qeydiyyat nömrəli "Agusta 109" helikopteri qəzaya uğrayıb. Helikopterdə iki pilot və bir texniki işçi olub. Sərnişin olmayıb", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, helikopterdə olanların hamısı həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, qəzanın səbəbi qatı duman ola bilər.
"Heritage Aviation" Hindistan dağlarında və ölkənin digər görməli yerlərində gəzinti uçuşları həyata keçirir. Şirkətin aviaparkında müxtəlif tipli beş helikopter var. Şirkətin xidmətlərindən tez-tez Bollivud ulduzları da istifadə edirlər.
Seçilən
3
2
oxu.az

3Mənbələr