AZ

ABŞ-da seçkilərə 33 gün qalıb: Ümumi mənzərə, proqnozlar və perspektivlər

İlk növbədə ən vacib məqamlardan birini qeyd etməliyik: 5 noyabr 2024-cü ildə Prezident seçkilərilə yanaşı, Konqresin hər iki palatasına (Senat və Nümayəndələr Palatası) da seçkilər keçiriləcək.

Nümayəndələr Palatası tam heyətdə yenidən seçiləcək, yəni 435 konqresmen, Senatın isə 1/3 seçiləcək, yəni 33 senator.

Konqresə seçkilər hər 2 ildən bir keçirilir və hər 2 ildən bir Nümayəndələr Palatası tam heyətlə seçilir, Senatın isə 1/3 seçilir. Nəticə etibarı ilə 1 Nümayəndələr Palatası üzvü hər 2 ildən bir seçilir, 1 senator isə hər 6 ildən bir.

Demokratlara Ağ Ev uğrunda qələbə lazım olduğu qədər Nümayəndələr Palatasında da qələbə lazımdır. Yəni ən azı 435 yerdən, demokratlara 218 yer lazımdır.

Son 1 ildə biz ABŞ-da Nümayəndələr Palatasının və  spikerinin gücünü və nə dərəcədə böyük səlahiyyətlərə malik olduğunu gördük. Mayk Consonun Ukraynaya yardım məsələsini səsverməyə çıxarmaq istəmədiyini və az qala bütün dünyanın birləşib Consona təzyiq etdiyi də gözümün qarşısında idi. Konqresin Nümayəndələr Palatasını ABŞ-ın "pul kisəsi" adlandırırlar. Ona görə ki, büdcə ilə bağlı bütün məsələlər məhz Nümayəndələr Palatasının təşəbbüsü ilə irəli sürülür və palatanın razılığı olmadan ABŞ büdcəsindən 1 dollar belə ayrıla bilməz.

Bundan əlavə, Nümayəndələr Palatasında çoxluğu əldə edən partiya, həm spikeri (təbii ki, öz partiyasından), həm də bütün komitələrinə sədrlərini seçir (onları da təbii ki, öz partiyasından).

Sadaladıqlarımı nəzərə alaraq, Nümayəndələr Palatasında çoxluğu əldə etmək, Ağ Evi nəzarət etməkdən sonra 2-ci mühüm məsələdir.

ABŞ qanunvericiliyinə əsasən, büdcə ilə bağlı məsələlərin qəbulu üçün Senatda N/P-də olduğu kimi yox, yəni sırf 50%+1 yox, 60% səs lazımdır, yəni 100 senatordan, 60 senatorun səsi. Bu baxımdan demokratlara Senatda qələbə o qədər də vacib deyil, ona görə ki, onsuzda respublikaçıların 10-11 səsi lazım olacaq, o səslər də  var. Amma tam qələbə üçün əlbəttə ki, Senatda da əksətiyyətin əldə olunması çox yaxşı olardı.

Son sorğular və reytinqlər Harrisin qələbəsilə yanaşı, demokratların Nümayəndələr Palatasında da qələbəsini göstərir. Senatda isə bu gün demokratların 51 yeri var, Harrisin qələbəsi təqdirdə Senatın itirilməsi (belə ehtimal var) o qədər də ağrılı olmayacaq.

Hətta Harrisinin qələbəsi təqdirdə, demokratların Nümayəndələr Palatasını itirilməsi də çox xoşagəlməz olsa da, faciəvi olmayacaq. Ona görə ki, Prezident Konqreslə kompromis tapa biləcək. Trampın qələbəsi təqdirdə isə, bütün bunların artıq aktuallığı olmayacaq, ona görə ki, hətta Konqres gündə 1 qanun qəbul etsə də, Tramp heç nəyi imzalamayac və bu qanunlar kağız parçasından başqa bir şey olmayacaq.

politoloq Kamran Cəfərov

visiontv.az



Seçilən
5
visiontv.az

1Mənbələr