AZ

İsrail itki verərək, geri çəkildi – Hizbullah

Livanın cənubundakı Əl-Adisa sərhəd kəndində İsrail ordusu ilə Hizbullah arasında hərbi toqquşma baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə Hizbullah hərəkatı məlumat yayıb.

“Döyüşçülərimiz səhər saatlarından Hallet əl-Mahaferdən Əl-Adisa şəhərinə girməyə cəhd edən İsrail piyada dəstəsi ilə qarşılaşıblar”, - məlumatda deyilir.

Hizbullah iddia edib ki, İsrail ordusu itkilər səbəbindən geri çəkilməyə məcbur olub./axar.az/

Seçilən
1
7
turkustan.az

8Mənbələr