AZ

"Bu, sağlamlıq, qida təchizatı üçün ciddi risklər yaradacaq" - Muxtar Babayev

İqlim dəyişikliyi yalnız ekoloji məsələ deyil, həm də ədalət və bərabərliyə yönələn çağırışdır.

"Unikal" xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev Ombudsmanların Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, iqlim dəyişikliyinə qarşı tədbirlər görülməsə su qıtlığı, hava şəraitinin dəyişməsi uzunmüddətli fəsadlar törədə bilər.

“Əgər tempratur daha da artarsa, bu, sağlamlıq, qida təchizatı üçün ciddi risklər yaradacaq. Bu həddin keçməsi quraqlıqlarım artmasıma və biomüxtəlifliyə ziyam vuracaq.

Azərbaycanda da iqlim dəyişikliyi kənd təsərrüfatına ciddi ziyam vurur. İsti və quru küləklərin sayı 14 dəfə artıb. Dolu hadisələrin sayı isə 3 dəfədən çox artıb. Azərbaycanda su ehtiyyatları 15 faiz azalıb. Son illərdə Xəzər dənizinin səviyyəsi də ciddi şəkildə azalır”,- deyə M.Babayev bildirib.

Qeyd edək ki, “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu öz işinə başlayıb.

Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaqdan ibarətdir.

Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil olunacaq.

Seçilən
13
unikal.az

1Mənbələr