AZ

"Liverpul"da oynayırsansa, ÇL-i qazanmağa köklənməlisən"

"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister Çempionlar Liqasının qalibi olmaq arzusunu dilə gətirib.

Fanat.Az xəbər verir ki, son dünya çempionatının qalibinin sözlərini formasını geyindiyi klubun rəsmi saytı belə çatdırıb:

"Çempionlar Liqasının qalibi olmaq arzumdur. Bəziləri üçün dünya çempionu tituluna sahib çıxmağım da gözlənilməz idi... ÇL-də "Milan"a qarşı oyunda debüt etməyimi sözlə ifadə etməyə çətinlik çəkirəm. "Liverpul"da oynayırsansa, Çempionlar Liqasını qazanmağa köklənməlisən. Çox yaxşı futbolçularımız, çox yaxşı komandamız var. Mövsümün sonunda bu turnirin qalibi ola bilib-bilməyəcəyimizi görəcəyik".

Xatırladaq ki, "Liverpul" ÇL-in Liqa mərhələsinin 1-ci turunda səfərdə "Milan" üzərində 3:1 hesablı qələbə qazanıb.

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr