AZ

“Napoli” gürcüstanlı futbolçu ilə danışıqlara başladı

“Napoli” vingeri Xviça Kvaratsxeliya ilə müqaviləni uzatmaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Neapol klubu yeni müqavilə imzalamaq imkanını müzakirə etmək üçün gürcü futbolçunun agentləri ilə əlaqə saxlayıb. Tərəflər bir neçə həftə sonra yenidən görüşəcəklər.

“Napoli” futbolçuya iyulda yeni müqavilə təklif etmişdi. Razılıq əldə olunsa, Xviça bonuslar da daxil olmaqla, ildə 6 milyon avro qazanacaq.

Bu mövsüm Kvaratsxeliya səkkiz matçda iştirak edib. O, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Seçilən
9
idmanxeber.az

1Mənbələr