AZ

Məhkəmə Maradonanın cəsədinin mavzoleyə köçürülməsinə icazə verib

Argentinanın San-İsidro şəhərinin məhkəməsi əfsanəvi Dieqo Maradonanın övladlarının futbolçunun cəsədinin mavzoleyə köçürülməsi barədə xahişini qəbul edib.

"Report" "Clarin"ə istinadən xəbər verir ki, dünya futbolunun əfsanəsinin cəsədi özəl (qapalı) Bella Vista qəbiristanlığından Buenos-Ayresin mərkəzində tikilən mavzoleyə köçürüləcək.

Mavzoleyin tikintisi futbolçuya həsr olunmuş “Memorial 10” layihəsinin bir hissəsidir. Layihəyə əsasən, mavzoley ziyarətçilərin üzünə açıq olacaq.

"Cebheinfo.az"

Seçilən
8
2
cebheinfo.az

5Mənbələr