AZ

İqlim dəyişikliyi ədalət və bərabərliyə yönələn çağırışdır - Muxtar Babayev

Bakı.Trend:

İqlim dəyişikliyi yalnız ekoloji məsələ deyil, həm də ədalət vəbərabərliyə yönələn çağırışdır.

Trendxəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri,COP29 prezidenti Muxtar Babayev Ombudsmanların Beynəlxalq BakıForumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, iqlim dəyişikliyinə qarşı tədbirlər görülməsə suqıtlığı, hava şəraitinin dəyişməsi uzunmüddətli fəsadlar törədəbilər.

“Əgər tempratur daha da artarsa, bu sağlamlıq, qida təchizatıüçün ciddi risklər yaradacaq. Bu həddin keçməsi quraqlıqlarımartmasıma və biomüxtəlifliyə ziyam vuracaq.

Azərbaycanda da iqlim dəyişikliyi kənd təsərrüfatına ciddi ziyamvurur. İsti və quru küləklərin sayı 14 dəfə artıb. Dolu hadisələrinsayı isə 3 dəfədən çox artıb. Azərbaycanda su ehtiyyatları 15 faizazalıb. Son illərdə Xəzər dənizinin səviyyəsi də ciddi şəkildəazalır”,- deyə M.Babayev bildirib.

Qeyd edək ki, “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsmanvə Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusundaOmbudsmanların Beynəlxalq Bakı Forumu öz işinə başlayıb.

Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərininyaratdığı problemləri və onların həlli yollarını insan hüquqlarıperspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələripaylaşmaqdan ibarətdir.

Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdəmilli insan hüquqları təsisatları və ombudsman institutlarınadəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirlərihaqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi iləmübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyininmüharibənin partlayıcı qalıqları və minalarla çirklənmə iləəlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığınıntəşviqi” mövzularında panel sessiyaları təşkil olunacaq.

Seçilən
17
2
az.trend.az

4Mənbələr