AZ

Yol polisindən sürücülərə ÇAĞIRIŞ

Bu gün ölkənin əksər bölgələrində, o cümlədən  Bakı və Abşeron yarımadasında yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı gözlənilir.

 

Baş Dövlət Yol Polisi İdarəsi isə sözügedən hava durumu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

 

Qurumdan Sfera.az-a bildirilib ki, avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçıları yollarda diqqətli olmalıdırlar:

 

“Onlardan yol hərəkəti qaydalarına ciddi əməl etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edirik”.

 

Qurum həmçinin qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırıb.

 

Günay 
 

Seçilən
2
30
sfera.az

10Mənbələr