AZ

“Tehran İsrailə hücumu təkrarlamağa hazırdır” - İran Baş Qərargah rəisi

“Vəziyyət artıq dözülməz idi və Allaha şükürlər olsun ki, korpus raket əməliyyatı ilə sionist rejimin mühüm qalalarını hədəfə aldı. Lakin bu hücumlar zamanı belə İran müvafiq prinsipləri qoruyub və yalnız hava qüvvələri bazalarına hücum edib”.

Misssiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri deyib.

“Hücum zamanı “Hizbullah” lideri Seyid Həsən Nəsrullahın öldürülməsi əməliyyatının aparıldığı Mossad qərargahı, F35 döyüş təyyarələrinin əsas yeri, Nəvatim aviabazası və Hatzarim hava bazası da daxil olmaqla üç aviabaza hədəfə alınıb. Bundan əlavə Qəzza zolağında tank və əsgər yerləşdirmə mərkəzləri də hədəfə alınıb”, - deyə o vurğulayıb.

Baqeri bildirib ki, əməliyyat zamanı sionist rejimin iqtisadi və sənaye infrastrukturu, o cümlədən dinc əhalisi hədəfə alınmayıb, halbuki bu, tamamilə mümkün idi.

O, qeyd edib ki, SEPAH və İran İsrailə hücumu yenidən təkrarlamağa hazırdır:

“Azğınlaşmış sionist rejim ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı cinayətlərini davam etdirmək istəsə, dünən gecə həyata keçirilən əməliyyat daha geniş miqyasda təkrarlanacaq və onların bütün infrastrukturları hədəfə alınacaq. Ümid edirik ki, ABŞ öz siyasətinə son qoyub bu cinayətkarlığı dayandıracaq və region sülhə doğru irəliləyəcək ", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr