AZ

İsrail Müdafiə Qüvvələri “Hizbullah” hərəkatının daha bir komandirini məhv edib

İsrail Müdafiə Qüvvələri dünən gecə Beyruta hücumlarını bərpa edib. İDF-nin məlumatına görə, “Hizbullah” hərəkatının “İmam Hüseyn” bölməsinin komandiri Du əl-Fəqar Hənəuvini dəqiq zərbə ilə öldürülüb.

İrandan “Hizbullah” döyüşçülərinə silah tədarükünə cavabdeh olan Məhəmməd Cauad Kasir də sıradan çıxarılıb. Beyrutun cənubunda bir neçə güclü partlayış baş verib. Hücumdan əvvəl İsrail bəzi bölgələrin boşaldılmasını istəyib. İsrail Beyrutun cənub ətraflarında Şueifat Amrousiya, Haret Hreik, Ruweis və Shiyah məhəllələrinə də zərbələr endirib. “Al Mayadeen” telekanalı xəbər verir ki, bir neçə yaşayış binası dağılıb.

Çərşənbə axşamı axşam İran İsrailə bir sıra zərbələr endirib, bu, İsrail ordusunun Livandakı əməliyyatına və “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr