AZ

"Zərbələr zamanı İsrailin üç hərbi bazası hədəfə alınıb" -Baqiri

İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri diqqət çəkən açıqlamalar verib.

Tasnim News-un yaydığı məlumata görə, o, bildirib ki, zərbələr endirilən zaman İsrailin üç hərbi-hava qüvvələri bazası vurulub.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi vurulan əraziləri işğal olunmu. torpaqlar adlandırıb və raket zərbələrinin SEPAH tərəfindən həyata keçirildiyini deyib: “Bu gecə SEPAH Hərbi Hava Qüvvələri qəhrəmancasına əməliyyat keçirib və bu əməliyyat sionist rejimin çoxsaylı cinayətlərinin qisasına çevrilib”.

O, son iki ayın İran xalqı və müqavimət qüvvələri üçün hədsiz ağır keçdiyini qeyd edib və əlavə edib: “Şəhid Haniyənin Tehranda öldürülməsindən tutmuş amerikalıların və avropalıların atəşkəsə nail olmaq üçün təmkin nümayiş etdirmələri ilə bağlı çoxsaylı xahişlərinə qədər. Qəzzada çətin bir dövrdən keçdik. Lakin sionist rejim ABŞ-nin dəstəyi və hətta təsdiqi ilə Livanda qırğınlar törətməklə öz cinayətlərini daha da gücləndirdi ki, bu, xüsusilə Seyid Həsən Nəsrullah və general Nilfruşanın şəhadətində özünü büruzə verdi. Bu vəhşi hərəkətlər vəziyyəti dözülməz edib”.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin hücuma məruz qalması barədə məlumat yayıb. TSAXAL İranın İsrailə kütləvi raket hücumuna başladığını elan edib. “The Jerusalem Post” qəzeti yazıb ki, əməliyyatlar zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.

Tural

Seçilən
2
50
news365.az

10Mənbələr