AZ

Makron İranın hücumunu pislədi - Və Livanı dəstəklədi

Fransa Prezidenti Emmanuel Makron İranın İsrailə qarşı kütləvi raket hücumunu pisləyib və eyni zamanda İsraili Livandakı əməliyyatı dayandırmağa çağırıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Makron müdafiə şurasının fövqəladə iclasından sonra oktyabrın 1-də axşam saatlarında İranın İsrailə qarşı kütləvi raket hücumunu “qətiyyətlə pisləyib” və Fransanın eskalasiyaya görə Yaxın Şərqdəki qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirdiyini bəyan edib.

Makron həmçinin Livanda İranın dəstəklədiyi “Hizbullah”ı İsrailə qarşı hərəkətləri dayandırmağa, İsraili isə mümkün qədər tez hərbi əməliyyatları dayandırmağa və Yaxın Şərqdəki bütün tərəfləri “maksimum təmkin nümayiş etdirməyə” çağırıb.

O, həmçinin Fransanın “Livan xalqı və onun təsisatlarına” dəstək konfransı təşkil etməyi planlaşdırdığını açıqlayıb.

“AzPolitika.info”

Seçilən
9
azpolitika.info

1Mənbələr