AZ

Tramp “60 Dəqiqə” proqramının seçki buraxılışında iştirak etməkdən imtina edib

CBS News çərşənbə axşamı bildirib ki, prezidentliyə Respublikaçı namizəd Donald Tramp "60 Minutes" verişilinin xüsusi seçki buraxılışında iştirak etməyi rədd edib. Veriliş gələn bazar ertəsi onun Demokrat rəqibi Kamala Harrisin iştirakı ilə yayımlanacaq.

Televiziyadakı ən yüksək reytinqli xəbər proqramına müntəzəm olaraq iki partiyadan prezidentliyə namizədlər dəvət olunur və onların ayrı-ayrı verdikləri müsahibələr seçki gününə yaxın bir tarixdə ard-arda yayımlanır. Bu il veriliş həmişəkindən fərqli olaraq, bazar ertəsinə planlaşdırılıb.

Sabiq prezidentin kampaniyasının sözçüsü Stiven Çeunq şərh istəyinə cavab olaraq “Saxta xəbər” deyib və əlavə edib ki, müzakirələr olsa da, heç nə təsdiqlənməmişdi.

"60 Minutes" bildirib ki, Trampın kampaniyası öncə müsahibə verməyə razılaşıb, ancaq daha sonra CBS-ə bildirib ki, sabiq prezident iştirak etməyəcək. Telekanal müsahibəyə dəvətinin hələ də qüvvədə olduğunu və müxbir Skott Pellinin tamaşaçılara Trampın yoxluğunu izah edəcəyini deyib.

Vitse-prezident Bill Uitakerlə öncədən lentə alınmış müsahibədə iştirak edəcək.

Hazırda seçicilərin iki namizədi birlikdə müqayisə etmələri üçün nəzərdə tutulmuş başqa imkanları yoxdur. Harris və Tramp arasında daha öncə sentyabrın 10-da debat keçirilib. Harris CNN-nin bu ayın sonunda ikinci debat keçirmək təklifini qəbul etdə də, Tramp onu qəbul etməyib.

Xüsusi müsahibənin bazar ertəsi yayımlanması planlaşdırılır. Veriliş adətən bazar günü yayımlansa da, həmin gün CBS-də American Music Awards (Amerika Musiqi Mükafatları) mərasimi nümayiş olunacaq.

Trampın 2020-ci il seçkisindən öncə “60 Minutes” müxbiri Lesli Stahlla müsahibəsi mübahisəli olmuşdu. Belə ki, sabiq prezident müsahibəni erkən bitirmişdi, onun kampaniyası isə müsahibə sessiyasının redaktə olmamış stenoqramını paylaşmışdı.

CBS News çərşənbə axşamı vitse-prezidentliyə namizədlər, Ohayodan Respublikaçı Senator JD Vans ilə Minnesotanın Demokrat qubernatoru Tim Valz, arasında debata ev sahibliyi edib.

visiontv.az



Seçilən
6
visiontv.az

1Mənbələr